Benitez rekord qırdı
«Çelsi»yə müvəqqəti baş məşqçi təyin olunan Rafael Benitez «mavilərlə» Avropa Liqasının qalibi olaraq tarixi düşüb. İspan mütəxəssis 3 fərqli kluba UEFA-nın 2 turnirindən birini qazandıran ikinci məşqçi kimi tarixə düşüb.

Ondan əvvəl Udo Lattek 3 kluba 3 fərqli turniri qazandırdırmışdı. O, 1974-cü ildə «Bavariya» ilə Çempion Klublar Kubokunu (indiki Çempionlar Liqası), 1979-da Münhenqladbax «Borussiya»sı ilə UEFA Kubokunu, 1982-də Dortmund «Borussiya»sı ilə Kuboklar Kubokunu qazanıb. Benitez isə «Valensiya» və «Çelsi»yə Avropa Liqasını (UEFA Kuboku), «Liverpul»a Çempionlar Liqasını qazandırıb. İspan mütxəssis «Liverpul»la Avropa Super Kubokunun da qalibi olub.

Bundan başqa Benitez Covanni Trapattoni, Luis Mlovani və Xuande Ramosdan sonra 2 kluba Avropanın klub səivyyəsindəki hər 2 kubokunu qazandıran dördüncü məşqçi olub.

Xəbər 972 dəfə oxundu.