Özcan Bizati: «Raillə Arif komandada qalmalıdı»
«Dənizlispor»un baş məşqçisi Özcan Bizati növbəti mövsümdə komandada görmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Sevindirici məqamdı ki, baş məşçi Rail Məlikovla Arif İsayev barədə yüksək fikirdədi. Belə ki, Bizati hər iki futbolçumuzu yeni mövsümdə komandada görmək istəyir.

Baş məşqçi rəhbərlikdən yeni mövsümdə ikisi əcnəbi olmaqla, 8 futbolçunun transfer olunmasını tələb edib.

Xəbər 822 dəfə oxundu.