Rafael Benitez fəxr edir
«Çox böyük bir komandaya qarşı oynadıq. Kuboku qazandığımız üçün çox xoşbəxtəm. Komandamla fəxr edirəm». Bu sözləri «Benfika» ilə Avropa Liqasının final matçından sonra «Çelsi»nin baş məşqçisi Rafael Benitez deyib.

Gələcəyi ilə bağlı danışan ispan mütəxəssis PSJ-yə gedə billəcəyinə işarə vurub: «Gələcəyi düşünmək üçün zamanımız var. PSJ-yə gedirəm? Ola bilər».

Benitez mövsüm ərzində çox çalışdıqlarını və sonda istəklərinə nail olduqlarını bildirib.

Xəbər 939 dəfə oxundu.