İspanlar finalda tarix yazdı
«Çelsi»nin «Benifka»nı 2:1 hesabı ilə yenərək Avropa Liqasını qazandığı matçda Fernando Torreslə Xuan Mata tarixə düşüb. İspaniya yığmasında həm dünya, həm də Avropa çempionatında final oynayıb, qızıl medal qazanan isan ulduzlar klub səviyyəsində də eyni uğur təkrarlayıblar.

«Çelisi» ilə ötən il Çempionlar Liqasının qalibi olan Torreslə Mağa bu il eyni uğuru Avropa Liqasında qazanıb. İspan futbolçulardan başqa dörd böyük turnirin qalibi olan oyunçu yoxdu.

Qeyd edək ki, Torres «Benifka» ilə final matçında hesabı açıb, Mata «Çelsi»inin hər iki qolunun ötürməsini verib.

Xəbər 867 dəfə oxundu.