Ferdinand millidən getdi
“Mançester Yunayted”in və İngiltərə yığmasının təcrübəli müdafiəçisi Rio Ferdinand milli komandada çıxışı ilə bağlı açıqlama verib.

Roy Hodqsonla problemləri olan 34 yaşlı millidən getdiyini açıqladı:
“Ətraflı düşündükdən sonra millidən təqaüdə çıxmaq vaxtının gəldiyinə qərar verdim. 34 yaşlı bir futbolçu olaraq kənara çəkilib, meydanı gənc oyunçulara verməliyəm. 17 yaşımdan etibarən milli komandada forma geydiyim üçün çox xoşbəxtəm. Roy və komandasına uğurlar arzulayıram”.
Qeyd edək ki, Rio Ferdinand bu günə qədər İngiltərə formasıyla 81 dəfə meydana çıxıb.

Xəbər 788 dəfə oxundu.