"Qalatasaray" Melonun alternativini İspanyada tapıb
Türkiyənin "Qalatasaray" klubu gələn mövsüm üçün hazırlıqlarını davam etdirir.

"Sarı-qırmızılı" klub artıq Melonun əvəzləyicisini tapıb. "Qalatasaray" Felipe Melonun alternativini İspanyada tapıb. Klub "Sevilya"nın çilili futbolçusu Qeri Medeli heyətinə qatmaq istəyir.

Futbolçunun ləqəbi də Melonun ləqəbidir. Belə ki, çilili futbolçunu da İspaniyada "Pitbull" kimi çağırırlar. O, "Sevilya"da 2011-ci ildən çıxış edir. Medel 36 qarşılaşmada meydana çıxıb və 7 dəfə fərqlənib.

Xəbər 972 dəfə oxundu.