Daha bir ulduz futbolçu karyerasına son qoyub
Daha bir ulduz futbolçu milli komanda karyerasına son qoyub. İngiltərə futbolunun ən istedadlı stoperlərindən olan Rio Ferdinand bundan sonra yığmanın formasını geyinməyəcək.

İngiltərə Futbol Federasiyasının rəsmi internet saytına açıqlama verən 34 yaşlı futbolçu yığma karyerasını bitirdiyini bildirib: «Milli karyeramı bitirmək üçün doğru zamanın yetişdiyini düşünürəm. Bu yaşdan sonra bir az geriyə çəkilib, gənclərin önə keçməsinə şərait yaratmaq məcburiyyətindəyəm. Bundan sonra bütün diqqətimi klub karyerama yönəldəcəm».

Qeyd edək ki, İngiltərəni 3 Dünya çempionatında təmsil edən Rio Ferdinand 1997-ci ildən çağırıldığı yığmada 81 oyun keçirib və 3 qol vurub.«Mançester Yunayted»in ulduzu 2011-ci ildə İsveçrə ilə keçirilən AVRO-2012-nin seçmə mərhələ matçından sonra milliyə çağırılmamışdı.

Xəbər 784 dəfə oxundu.