"Komandama çox güvənirəm"
Beko Basketbol Liqasının pley-of oyunlarının 1/4 final mərhələsində Anadolu Efesin baş məşqçisi Oqtay Mahmud komandada çox zədəli oyunçuların olmasına baxmayaraq finalı keçəcəklərinə inandığını söyləyib.

İdman.com.az saytının məlumatına görə, pley-of matçlarının əvvəlində təşkil edilən mətbuat konfransında danışan Mahmud mövsüm boyunca həftədə iki matç oynadıqlarını xatırladaraq, "Oyunçularımızın zədəli olması səbəbindən çox böyük çətinlik yaşayırıq. Bəzi oyunçularımız bu səbəbdən oyunda oynaya bilməyəcək. Ancaq komandama çox güvənirəm, qazanacağımıza da inanıram" deyə bildirib.


Aynurə

Xəbər 1154 dəfə oxundu.