"Monako" klubu iki futbolçuya elçi düşüb
"Monako" klubu "Barselona"nın iki futbolçusunu heyətinə qatmağa planlaşdırır.

İdman.com.az saytının məlumatına görə, cari mövsümün yekunlarına əsasən, klub Viktor Valdes və Daniel Alveşə elçi düşüb. Bu barədə Kadena Kope məlumat yayıb. Artıq "Monako" qarşı tərəfə rəsmi təklif də irəli sürüb.

Xatırladaq ki, bir müddət əvvəl bu klub Fransa çempionatının elit divizionuna qayıdıb. Klubun sahibi Dmitri Rıbolovlyev yay transferləri üçün artıq 200 milyon avro ayırıb.

Aynurə

Xəbər 2426 dəfə oxundu.