Messi ispanların ən sevimlisi oldu
"Barselona”nın futbolçusu Lionel Messi İspaniyada ən çox bəyənilən futbolçusu seçilib.

Sözügedən ölkənin “Opniea” şirkəti azarkeşlər arasında sorğu keçirib. Sorğuya əsasən isə argentinalı hücumçu səslərinin 58 faizini toplayaraq ən çox sevilən futbolçu olub. Messini “Real”ın qapıçısı İker Kasilyasla Kriştiano Ronaldo izləyib.

İspaniyanın iki nəhəng və əzəli komandaları “Real” və “Barselona” arasındakı tərəfdar yarışının qalibi isə Madrid klubu olub. Sorğuya görə, 28 faiz azarkeş “Real”ı, 26 faiz isə “Barsa”nı dəstəkləyib.

Xəbər 798 dəfə oxundu.