"Biz bu finala layiqik"
"Bütün sezon ərzində komandada çox gözəl atmosfer höküm sürüb. Mən fəxr edirəm ki, "Benfika"nın futbolçusuyam"-bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında "Benfika"nın kapitanı Luizao bildirib. O, həmçinin futbolçu Eyseybionun haqqında da çox yaxşı fikirlər səsləndirib.

"Biz böyümüşük. Bu kluba gələn hər kəs tezliklə əynindəki formanın dəyərini anlayır. Eyseybio da bizimlədi, bu çox şey deməkdi. O, "Benfika"nın parçasıdı, onunla bu vaxtları keçirmək bizim üçün vacibdi. Biz bu finala layiqik".

Xəbər 902 dəfə oxundu.