«Synergy Baku» Lüksenburq veloturunda çıxışını başa vurub | |
Tural İskəndərov: Avropa turnirlərində finiş hər zaman çox döngəli olur Lüksenburqda «Fleche du Sud`13» beynəlxalq veloturu başa çatıb. İdman.com.az saytı xəbər verir ki, bu yarışda ölkəmizi «Synergy Baku Cycling Project» komandası təmsil edib. 2.2 kateqoriyalı turnirdə baş məşqçi Ceremi Hant 2 yerli - Tural İskəndərov, Samir Cəbrayılov və 4 legionerə - Oleksandr Surutkoviç, Anuar Manan, Con Ebsen və Riko Rogersə şans verib. Əcnəbilərdən adı ilk çəkilən idmançı mayın əvvəllərində Bakıda keçirilmiş «Tour d`Azerbaidjan»da da mübarizə aparıb. 5-ci mərhələdə bizdən ən yaxşı nəticəni Riko Rogers göstərib. Yeni Zellandiyalı velosipedçi finişi 4-cü keçib. Gənc sprinter Tural İskəndərov 34-cü yer tutub. Samir Cəbrayılov 62-ci, Con Ebsen 65-ci olub. Bu dövrədə finişə 124 idmançıdan yalnız 99-u çata bilib. İlk mübarizə günündə isə, paletonu 155 iştirakçı təşkil edib. Yarışdan sonra Tural İsgəndərov açıqlamasında deyib ki, Avropada keçirilən veloturlar çətin keçir. Orada yollar, relyef və landşaft mürəkkəbdir: «Lüksenburqda hava soyuq oldu. Başımıza göydən buz yağışı yağırdı. 2 metrdən bir o tərəfi görmək qeyri-mümkün idi. Avropa turnirlərində finiş hər zaman çox döngəli olur. 70 dərəcəlik bucaqda sürmək çətindir. Finişi az qalmış yürüşçülər bir-birlərinə yol vermirlər. Əksər Asiya veloturlarında isə, finiş 4 km qalmış düz yoldan ibarət olur. Sevinirəm ki, Allahın köməkliyi ilə bu yarışı üzüağ başa vurdum». KAMRAN |
|
Xəbər 855 dəfə oxundu. |
|
|