PSV-nin yeni baş məşqçisi müəyyənləşib
Hollandiya Erediviziyasını ikinci pillədə başa vuran PSV-nin yeni baş məşqçisi müəyyənləşib. Klub rəhbərliyi baş məşqçi postunu Filip Kokuya tapşırıb.

O, bu postda istefa verən Dik Advokaatı əvəzləyib. Təyinatla bağlı danışan PSV-nin baş direktoru Tini Koku ilə 4 illik anlaşdıqlarını bildirib. Klub rəsmisi baş məşqçiyə Ernst Faber və Kris van der Veerdenin kömək edəcəyini bildirib.

Köməkçisi olduğu Advokaatın ona A komandasında işləmək imkanı verdiyini xatırladan Koku baş məşqçiyə təşəkkür edib. 42 yaşlı baş məşqçi böyük təcrübəyə sahib Advokaatdan çox şey öyrəndiyini bildirib. Koku həmçinin Futbol Akademiyasına daha çox önəm verərək yeni bir PSV quracaqlarını da deyib.

Qeyd edək ki, Koku futbolçu karyerası ərzində 6 il PSV-də çıxış edib (1995-1998 və 2004-2007, 189 oyun, 54 qol). O, həmçinin Hollandiyanın «Alkmaar» (1988-1990, 50 oyun, 7 qol), «Vitess» (1990-1995, 137 oyun, 25 qol), İspaniyanın «Barselona» (1998-2004, 205 oyun, 31 qol) və Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Cəzirə» (2007-2008, 17 oyun, 4 qol) klublarında çıxış edib. PSV-nin heyətində Hollandiya çempionu (4 dəfə), ölkə kubokunun (2) və Super Kubokunun (2) qalibi olan Koku «Barselona» ilə La Liqanın qalibi adını qazanıb.

1996-2006-cı illərdə Hollandiya yığmasında 101 oyun keçirib 10 qol vuran Koku 212-ci ildən PSV-də işə başlayb və ötən mövsüm Hollandiya Kubokunu qazanıb.

Xəbər 951 dəfə oxundu.