Argentinalı ulduz "Monako"da
Fransa Liqa 2-də mövsümü çempion tamamlayan və yeni mövsümdə iddialı bir heyət qurmaq istəyən qırmızı-ağlı qrup Karlos Tevezi yeni mövsümdən sıralarına qatmaq istəyir.

Fransız qəzeti “Lequipe”də yazılan xəbərə görə Argentinalı ulduzlailkin razılaşma əldə olunub. “Mançester Siti” ilə olan müqaviləsi 2014-ci ildə sona çatacaq Tevez, bu transferə isti baxır. “Monako”nun ulduz futbolçuya illik 10 milyon ödəniş təklif edəcəyi də söz-söhbətlər arasındadı.

Fransanın köklü komandalarından olan “Monako”, 2000-ci ildən bu yana çempion ola bilmədiyi Fransa Liqa 1-ə möhtəşəm transferlərlə girəcəyi görünür. Rus milyarder Dmitri Rubolovun maliyyəyə etdiyi klub bir çox ulduz futbolçuya maraqlanır. Belə görünür ki, “Stade Louis” bu mövsüm ulduzların arenası olacaq.

Klub “Porto”lu Joao Moutinyo, “PSG”li Menez və Mamadou Sakho kimi adların yanında “Qalatasaray”ında maraqlandığı “Lili”dən Aurelien Chedjou və “Marsel”in müdafiəçisi Nikolas Nkoulou ilə də təmasda olduğu irəli sürülür.

Xəbər 860 dəfə oxundu.