AFFA DÇ-2016-ya hazırlaşır
UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatı keçiriləcək. Bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək Azərbaycan U-17 yığmasının heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunub və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləyiblər.

Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dək 19-dək seleksiya prosesində seçilmiş futbolçular üçün düşərgə təşkil olunacaq.

Xəbər 820 dəfə oxundu.