«Xəzər Lənkəran» istirahətə buraxılıb
Premyer Liqanın XXXI turunda «Sumqayıt»ın qonağı olan «Xəzər Lənkəran» istirahətə buraxılıb. Baş məşqçi Con Toşak yetirmələrinə bir günlük istirahət verib.

«Xəzər Lənkəran» sabah Bakıda bir araya gələcək və Lənkərana yola düşəcək. Komanda saat 18.00-da doğma meydanda son turun hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, «Xəzər Lənkəran» Premyer Liqanın XXXII turunda «Rəvan»ı qəbul edəcək. Oyun mayın 20-də baş tutacaq.

Xəbər 894 dəfə oxundu.