Ukraynalı mütəxəssislər idman həkimlərimizə seminar keçdilər
Mayın 3-də «Çıraq» Plazada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yerli idman həkimləri üçün seminar təşkil edilib. Tədbirdə ukraynalı həkimlər – Ukrayna Milli Tibb Universitetinin professoru Aleksandr Beryanov və «Feofaniya» Dövlət Klinikasının əməkdaşı, tibb elmləri namizədi Vyaçeslav Yevsenko məşğələ küçiblər.
Qonaqlar idmanda müasir cərrahiyyədən soz açıb, əməliyyatdan sonrakı bərpadan danışıblar. Bildirilib ki, 13-14 oktyabrda Kiyevdə idman tibbində aktual məsələlərlə bağlı beynəlxalq tədbir keçiriləcək.
Seminar ümumilikdə 3 hissədən ibarət olub. Nəzəri söhbətlərdən sonra təcrübi məşğələ olub. Yekunda həkimlərə sertifikat verilib.

Xəbər 3794 dəfə oxundu.