"Sumqayıt" - "Xəzər Lənkəran" oyunu əlamətdar olub
Premyer-Liqanın XXXI turu çərçivəsində mayın 13-də keçirilmiş "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu Bayıl stadionu üçün əlamətdar olub.

İdman.com.az saytı xəbər verir ki, Bayıl stadionundakı bu qarşılaşma ilə burada keçirilmiş oyunların sayı 100-ə çatıb.

Bayıl stadionu AFFA tərəfindən inşa edilib. Burada FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən "Rəvan" və "Sumqayıt" klubları ev oyunları zamanı bu stadiondan yararlanır. "Rəvan" klubunun əvəzedici heyəti, həmçinin müxtəlif yaş qruplarından ibarət komandalarının ev oyunları Bayıl stadionunda keçirilir.

Xəbər 658 dəfə oxundu.