Rafael Ağayev vətənə döndü
Azərbaycanı və «Qəbələ»ni beynəlxalq arenada uğurla təmsil edən karateçi Rafael Ağayev bu gün səhər saatlarında vətənə dönüb. Macarıstanda keçirilən 48-ci Avropa çempionatında qızıl medala sahib çıxan idmançımızı «Qəbələ» İdman Klubunun üzvləri və azarkeşlər qarşılayıb.

Böyük coşqu ilə keçən qarşılama mərasimində karateçimizə qələbə çələngi təqdim olunub. Sonda hava limanında brifinq təşkil olunub.

Xəbər 1170 dəfə oxundu.