Siyəzəndə rayon kuboku yarışlarına yekun vurulub
Aprelin 25-dən etibarən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən futbol üzrə rayon kuboku yarışlarına yekun vurulub.

Rayon Gənclər və İdarəsi tərəfindən YAP Siyəzən rayon Təşkilatı ilə birgə təşkil olunan kubokda birinci yer uğrunda 8 komanda iki yarımqrupda mübarizə aparıb.

Yarışın məqsədi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinin qeyd olunması, idmanın və sağlam həyat tərzinin təbliğ olunması, futbol azarkeşlərinin marağının təmin edilməsi, rayonda futbolun inkişafı, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.
Mayın 10-da baş tutan final görüşündə birinciyə “dinamo”, ikinci yerə “sədan” komandası layiq görülüb.

Sona qaliblər kubok, medal və fəxri fərmanlarla mükafatlandırılıblar.

Xəbər 967 dəfə oxundu.