Ağsuda açıq rayon birinciliyi keçirilib
7-10 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

DİNİC-nin Ağsu rayon əlbəyaxa döyüş və güləş zalında 62 nəfərin iştirakı ilə keçirilən yaışın məqsədi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və genişləndirmək olub.

Xəbər 781 dəfə oxundu.