Goranboyda şahmat üzrə rayon birinciliyi
1-8 may tarixlərində Goranboy rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönömünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.

Goranboy şəhər şahmat məktəbində 74 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərdə şahmat idman növünə marağın artırılması, istedadlı idmançıların aşkar edilməsi, asudə vaxtın səmərəli təşkili, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Sonda 7 yaş qrupu üzrə qaliblər Gənclər və İdman İdarəsinin fəxri fərman medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 981 dəfə oxundu.