Zərdabda futbol üzrə rayon çempionatı keçirilib
10 aprel-10 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş futbol üzrə rayon çempionatı keçirilib.

Zərdab şəhər mərkəzi stadionunda 400 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini qeyd etmək, rayonda idmanın futbol növünün kütləviliyinin inkişafı, gənclərin idmana cəlb edilməsi, onların asudə vaxtlarının təşkili, Respublika turnirində iştirak etmək üçün rayon komandasına namizədlərin seçilməsi, futbolçuların idman dərəcələrinin artırılması və təkmilləşdirilməsi olub.

Sonda birinciyə Qaravəlli kənd, ikinci yerə Hüseyinxanlı kənd komandası layiq görülüblər.

Xəbər 979 dəfə oxundu.