«Fənərbaxça»–«Qalatasaray» matçında daha bir ölüm faktı
Ötən axşam baş tutan «Fənərbaxça» – «Qalatasaray» matçında daha bir ölüm faktı qeydə alınıb. Qarşılaşmadan sonra rəqib azarkeş tərəfindən bıçaqlanaraq öldürülən 19 yaşlı «Fənərbaxça» fanatı Burak Yıldırımdan sonra daha bir «sarı-lacivərdli» tərəfdar ölüb.

Belə ki, matçı stadiondan izləyən 41 yaşlı Hamza Atıcı ikinci yarıda özünü pis hiss edib. Təcili xəstəxanaya aparılan azarkeş yolda keçinib. Onun infarktdan öldüyü deyilir.

Xəbər 868 dəfə oxundu.