"Qarabağ"ın futbolçuları mükafatlandırılıb
"Qarabağ"ın 13 yaşlılarından ibarət komandası "Sabahın ulduzları" yarışında çempion adını qazanıb.

2000-2001-ci il təvəllüdlü uşaqların yarışında balacalar çempionluğu vaxtından əvvəl qeyd etmişdi. Artıq çempionatın mükafatlandırma mərasimi keçirilib. Bakı Futbol Fderasiyasının keçirdiyi VIII yarışın qaliblərinin mükafatlandırma mərasimi olduqca maraqlı alınıb. Tədbiri giriş sözüylə açan Ürfan Məmmədli yarışın əhəmiyyətindən və Azərbaycan futboluna verdiyi töhfələrdən danışıb.

Tədbirdə eyni zamanda `Qarabağ` Futbol Klubunun Direktoru Emrah Çelikel də çıxış edib. Emrah bəy uşaq futboluna diqqət və qayğının klub strategsiyasında mühim yer tutduğunu vurğulayıb. "Qarabağ"ın bir ailə olduğunu, uşaqlarımızın tərbiyəsi, təhsilinin də futbolla yanaşı klub üçün çox vacib olduğunu vurğuladı.13 yaşlıların həqiqətən də sabahın ulduzları olduğunu vurğulayıb.

Sonda isə mükafatlandırma mərasimi baş tutub. Öncə fərdi mükafatlar təqdim edilib. Turnirin bombardiri olan "Qarabağ"ın forvardı Nicat Məmmədov ən yaxşı bombardir və hücumçu mükafatına, Asim Mirzəyev isə ən yaxşı yarımmüdafiəçi tituluna sahib çıxıb.


Sonra isə qaliblərə medallar təqdim olunub. "Qarabağ"ın kapitanı Hümbət Ələkbərov kuboku başının üzərinə qaldırıb.

Xəbər 1007 dəfə oxundu.