Məktəblilərin dünya çempionatı
Yunanıstanın Halkidiki şəhərində məktəblilərin dünya çempionatında 7-ci turun oyunları keçirilib.

7 yaş oğlanlar arsında Ümüd Aslanov, 9 yaş oğlanlar arasında isə Əhməd Əhmədzadə 5.5 xal toplayaraq hər iki şahmatçımız öz qrupları üzrə 4-cü yerə sahiblik edirlər.

9 yaşlı qızlar arasında Mələk İsmayıl (FİDE ustalığa namizəd) 7 mümkün xaldan 5.5 xal toplayaraq liderlər qrupundadır.

11 yaş oğlanlar arasında FİDE ustası Abdulla Qədimbəyli 6 xal toplayaraq 3-cü yeri, Məhəmməd Muradlı, Fərid Aslanov və Rəvan Əliyev 5 xal toplayaraq 5-9-yerləri bölüşdürürlər.Eyni yaş zəif cinsin nümayəndələri arasında isə Aytac Heydərova fərqlənə bilib, o, 5 xal toplayaraq 5-ci yerdədir.

13 yaşlı qızlar arasında Xanım Balacayeva, 15 yaşlı qızlar arasında isə Nərmin Məmmədova 5 xalla 4-cü pillədə qərarlaşıblar.

Miradil Zeynallı 5.5 xal toplayaraq 15 yaş oğlanlar arasında 2-ci yerdədir.

17 yaş qızlar arasında Bikəxanım Zamanova 5 xalla 2-ci yerə, Aytən Əmrayeva 4.5 xalla 5-ci yerə sahiblik edirlər.

Xəbər 1133 dəfə oxundu.