“Prezident Kuboku” turnirində qarşılacaq komandalar bəlli olub
Qazaxıstanın paytaxtı Astanada keçirilən ənənəvi “Prezident Kuboku” turnirində bu gün həlledici görüşlərdə hansı komandaların qarşılaşacağı bəlli olub. Qrup mərhələsinin son turunda İran yığmasına Daqestani (43) və Soltanpurun (80) qolları ilə məğlub olan 17 yaşadək millimiz (U-17) final mərhələsində iştirak hüququnu itirib.

Belədə komandamız qrup ikincisi kimi ardıcıl 2-ci dəfə turnirin 3-cü yeri uğrunda mübarizə aparmalı olacaq. Burda isə Nikolay Adamın yetirmələrinin rəqibi B qrupunun 2-cisi Litva millisi olacaq. Bu görüş bu gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Turnirin bu gün baş tutacaq digər görüşlərində isə “Botafoqo” – Çin 7-ci, Gürcüstan – Qırğızıstan 5-ci və Qazaxıstan – İran 1-ci yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, U-17 bürünc medallara sahib çıxsa, 4 min dollar qazanacaq.

Xəbər 671 dəfə oxundu.