“Qarabağ” daha 2 futbolçu ilə ortaq məxrəcə gəlib
Vüqar Nadirov, Maksim Medvedev, Namiq Yusifov, Fərhad Vəliyev və İlqar Qurbanovla yeni müqavilə barədə razılıq əldə edən “Qarabağ” daha 2 futbolçu ilə ortaq məxrəcə gəlib. Söhbət əsas heyətin daimi üzvləri, albaniyalılar – Admir Teli və Ansi Aqolidən gedir.

Uzun müddətdir ki, “Qarabağ”da çıxış edən və əsas heyət üzvlərinə çevrilən futbolçulara yeni müqavilə təklif olunub, hazırda danışıqların son mərhələsi gedir. Onlar da digər komanda yoldaşları kimi 2 illik müqaviləyə imza atacaqlar.

Ümumiyyətlə, baş məşqçi Qurban Qurbanov Avroliqa öncəsi heyəti dəyişmək istəmir.

Xəbər 708 dəfə oxundu.