“Development” turniri başa çatıb
17 yaşadək qız futbolçular arasında Litvanın Kaunas şəhərində UEFA tərəfindən təşkil olunan “Development” turniri başa çatıb.

İdman.com.az saytı xəbər verir ki, Siyasət Əsgərovun başçılıq etdiyi yığmamız qrup mərhələsindən ibarət olan mini turniri 3-cü pillədə başa vurub.

Belə ki, dünən komandamız Bakı vaxtı ilə səhər saat 9-da 2-ci yer uğrunda Litva ilə üz-üzə gəlib. Karolina Raqauskaytenin yuxarı küncü nişan alaraq vurduğu erkən qol millimiz üçün “soyuq duş” təsiri bağışlayıb. Bir də fasilədən sonra özünə gələn futbolçularımız ikinci yarıda üstün oyun nümayiş etdirsə də, hesabı dəyişə bilməyib.

Beləliklə də əvvəlcə Farer adalarına 3:0 hesabı ilə qalib gələn U-17 daha sonra Uels və Litva millilərinə 0:1 məğlub olub.

Xəbər 682 dəfə oxundu.