“Barselona” 2012/13-cü il mövsümündə İspaniya La Liqasının qalibi olub.

İdman.com.az saytının məlumatına görə, bu, Kataloniya təmsilçinin ən yaxın izləyicisi “Real”ın “Esponyol”la heç-heçə (1:1) etdiyi oyundan sonra baş verib. Hazırda 81 xalı olan Madrid təmsilçisi “Barselona”dan 7 xal geri qalır. Bundan başqa, “Real”ın çempionatda cəmi iki oyunu qalıb. “Barselona” isə bundan sonra daha üç matç keçirməlidir. Bu qarşılaşmalarda hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, Kataloniya təmsilçisi 113 illik tarixi ərzində 22-ci dəfə İspaniya çempionu adını özü üçün təmin edib.

Xəbər 1195 dəfə oxundu.