Enrike Seresodan yeni qərarlar
"Atletiko"nun prezidenti Enrike Sereso "Barselona"nın hücumçusu David Vilyanın transferi barədə danışıb.

İdman.com.az saytı xəbər verir ki, Madrid klubunun rəhbəri açıqlamasında bunları dilə gətirib: "Biz həmişə ulduz futbolçular almaq imkanlarını nəzərdən keçiririk. Hazırda Vilya "Barselona"nın oyunçusudu. Əgər bizə Vilya lazım olsa, o zaman birbaşa "Barselona"ya müraciət edəcəyik".

Xatırladaq ki, "Atletiko"nun forvardı Radamel Falkaonun yayda başqa bir kluba keçəcəyi məsələsinin gündəmə gəlməsi səbəbindən bir çox hücumçunun adı Madrid təmsilçisi ilə hallanmağa başlayıb.

Xəbər 1093 dəfə oxundu.