Finalda “Xəzər-Lənkəran” və “İnter” qarşılaşacaqlar
Futbol üzrə NBC Bank Azərbaycan Kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” “Xəzər-Lənkəran”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Matçda “Bakı”nın heyətində Leanardo Roşa, Fabio Luis Ramim, rəqib komandadan isə Rahid Əmirquliyev fərqləniblər. İlk oyunda “Xəzər-Lənkəran” rəqibini 1:0 hesabı ilə məğlub etdiyi üçün finala vəsiqə qazanıb.
Digər yarımfinalda Şüvəlanda paytaxtın AZAL və “İnter” komandaları qarşılaşıblar.
Xatırladaq ki, bu komandaların ilk qarşılaşmasında hesab açılmamışdı. Şüvəlandakı görüşdə “İnter”in futbolçusu David Odikadzenin vurduğu qol komandasının finala vəsiqə qazanmasını təmin edib.
Mayın 24-də keçiriləcək final görüşündə “Xəzər-Lənkəran” və “İnter” komandaları qarşılaşacaqlar.

Xəbər 945 dəfə oxundu.