Asif Məmmədova ölkə xaricindən təkliflər var
Berti Foqtsun israrla milliyə çağırmadığı Asif Məmmədova ölkə xaricindən təkliflər var. Gənc yarımmüdafiəçi Türkiyə klublarının maraq dairəsinə düşüb.

Belə ki, Asiflə PTT 1-ci liqanın iki klubu maraqlanır. Həmin klubların adları açıqlanmasa da, iddialı kollektivlər olduqları deyilir. «İnter»lə ilin sonunadək müqaviləsi olan Məmmədovun Türkiyəyə gedib-getməyəcəyi hələ bilinmir.
Qeyd edək ki, Asif cari mövsümdə Premyer Liqada 29 oyun keçirib və 3 qola imza atıb.

Xəbər 956 dəfə oxundu.