Bürünc medalların sahibləri müəyyənləşib
Qadın voleybolçular arasında Rusiya Super Liqasında bürünc medalların sahibi müəyyənləşib.

İdman.com.az saytının məlumatına görə,millimizin üzvü Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka” üçüncü yeri tutub.
Qeyd edək ki, 3 qələbəyə qədər davam edən mərhələdə “Omiçka” “Uraloçka”nı sınağa çəkib. İlk iki oyunda 3:1 hesablı qələbə qazanan Natalyanın komandası üçüncü matçda uduzsa da (2:3), dördüncü qarşılaşmada qalib gələrək, üçüncü qələbəsini qazanıb – 3:1.

Xəbər 888 dəfə oxundu.