Syomin bu gün “Qəbələ”nin prezidenti ilə görüşüb
Tanınmış rusiyalı mütəxəssis Yuri Syomin bu gün “Qəbələ”nin prezidenti Tale Heydərovla görüşüb. Tərəflər müqavilənin şərtlərini müzakirə ediblər.

Bundan sonra təcrübəli çalışdırıcı Qəbələyə yollanıb. Syomin burda klubun bazası, infrastrukturu ilə yaxından tanış olacaq. Növbəti görüşün mayın 20-də keçirilməsi planlaşdırılır. Həmin günə qədər düşünəcək Syominlə “Qəbələ” rəhbərliyi yekun qərarı da məhz ayın sonlarında verəcək.

Xəbər 795 dəfə oxundu.