Xəzər rayonunda spartakiadanın bağlanış mərasimi keçirilib
Mayın 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Xəzər rayon Gənclər və İdman idarəsi və YAP Xəzər rayon təşkilatının birgə dəstəyi ilə şahmat, voleybol, stolüstü tennis, futbol, güllə atıcılığı, Yunan – Roma güləşi üzrə spartakiadanın bağlanış mərasimi keçirilib.

Zirə idman kompleksində 680 idmançınin iştirakı ilə keçirilən yarışın məqsədi, bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, rayonda kütləvi sağlamlıq,bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi, istedadlı idmançıların aşkar edilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək olub.

Bağlanış mərasimindən öncə Spartakianın son növü olan futbol idman növünün final oyunu keçirilib.

Xəbər 873 dəfə oxundu.