Endryu Simpson bədbəxt hadisə nəticəsində həlak olub
ABŞ-da britaniyalı olimpiya çempionu Endryu Simpson bədbəxt hadisə nəticəsində həlak olub. Yelkən idmanı üzrə 36 yaşlı Simpsonun təlim zamanı katamaranı çevrilərək suyun altında qalıb.

Onu suyun altından yalnız 10 dəqiqədən sonra çıxarıblar. Lakin idmançını həyata qaytarmaq mümkünsüz olub.

Qeyd edək ki, Böyük Britaniya imperiyası ordeninin kavaleri Simpson 2008-ci il Pekin Olimpiadasının qızıl medalına layiq görülüb. 2010-cu ildə Endryu dünya çempionu titulunu, 2012-ci il London Olimpiadasında isə gümüş medal qazanıb.

Xəbər 1250 dəfə oxundu.