Uesli Sneyder maraqlı açıqlama verib
“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder maraqlı açıqlama verib. Hollandiyalı futbolçu bunun azarkeş dəstəyi və yaşadığı mühitlə bağlı olduğunu bildirib:

“Oynadığım komandalarda uyğunlaşma ilə bağlı problemim olmayıb. Türkiyədə tam başqa hisslər keçirirəm. Droqba da mənim kimi düşünür. “Qalatasaray” böyük bir ailədi. Bir neçə gün əvvəlcə yoldaşımla söhbət etdim. Bundan əvvəl nə Madriddə, nə də Milanda bu cür mühitlə rastlaşmamışıq. Bəlkə bundan sonrakı ömrümü İstanbulda keçirə bilərəm”.

Türkiyə mətbuatına açıqlama verən Sneyder “sarı-qırmızılı” azarkeşlərə vurğunluğunu gizlətməyib: “İlk öncə “İnter” azarkeşlərinə hörmət etdiyimi bildirmək istərdim. Çünki, onlarla birgə kuboklar qazandım. Amma “Qalatasaray” azarkeşləri tam başqa cürdü. Onları izah etmək mümkün deyil. Bundan əvvəl bu cür azarkeşlər görməmişdim, bundan sonra da görəcəyimi düşünmürəm. Ailəmi və yaxınlarımı matçlara dəvət edirəm. İstəyirəm onlar da nə cür bir mühitdə oynadığımı görsün”.

Xəbər 977 dəfə oxundu.