"Neftçi"nin keçmiş prezidenti yeni stadionun açılışında
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ərazisində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, AFFA-nın baş katibi Elxan Məmmədov və başqaları çıxış ediblər. Onlar ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyini, respublikamızın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin tikildiyini qeyd edib, açılış mərasimi təşkil olunan süni örtüklü meydançanın da insanların sağlam həyat tərzi keçirməsinə, futbolun kütləviliyinin artmasına şərait yaratdığını bildiriblər. Çıxışlar başa çatdıqdan sonra meydançada şirkət əməkdaşları arasında oyun keçirilib. Qarşılaşmanın yekununda iştirakçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Əkbər Hacıyev Sadıq Sadıqova kimi “Neftçi”nin prezidenti olub.

Xəbər 689 dəfə oxundu.