Xocavənddə sərbəst güləş üzrə açıq rayon birinciliyi
Xocavənd rayon Gənclər və İdman idarəsi rayon təhsil şöbəsi ilə birgə Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 1 fevral 6 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq Mayın 7-də Xocavənd qəsəbəsində Salakətin kənd tam orta məktəbin idman zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək, yeniyetmələr arasında idmanın sərbəst güləş növünün inkişafına və kütləviliyinə nail olmaq, güləşçilərin idman ustalıqlarını artırmaq və təkmilləşdirmək məqsədi ilə keçirilən yarışda 48 idmançı iştirak edib.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 909 dəfə oxundu.