Yulian müqaviləsinin müddətini uzadıb
“Şalke” gənc oyunçusu Yulian Drakslerlə müqaviləsinin müddətini uzadıb.

İdman.com.az saytı xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2018-ci ilə qədər Bundesliqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Yulian 2001-2011-ci illər arasında “Şalke”nin aşağı yaş qruplarında futbola başlayıb. Daha sonra əsas komandanın heyətində yer alan Draksler Bundesliqa oyunlarında 74 dəfə meydana çıxıb və 14 qola imza atıb. O, millinin formasını isə 4 dəfə geyinib.

Xəbər 698 dəfə oxundu.