Levandovski «Real»a «yox» dedi
«Real»ın prezidenti Florentino Peres Çempionlar Liqasının yarımfinalında «Borussiya»ya ilə matçdan sonra dortmundluların forvardı Robert Levandoski ilə görüşüb. «Marca»nın yazdığına görə, tərəflər 10 dəqiqəyə yaxın söhbət ediblər. Bu danışıqlar «Santyaqo Bernabeu»dakı ofislərdən birində aparılıb. Peres futbolçunu oraya dəvət edib və ona «Real»a keçməyi təklif edib.

İdman.com.az saytı xəbər verir ki, Levandovski bu yay, yaxud 2014-cü ildə «Bavariya»ya keçməklə bağlı razılığa əsaslanaraq bu təklifi rədd edib. Peres oyunqabağı «Borussiya»nın idarə heyətinin sədri Hans-Yoahim Vatske ilə də görüşüb. Bundan öncə Madridə köçmək təklifini birbaşa «Real»ın prezidentindən yalnız Zinədin Zidan və Kaka almışdılar.

Xəbər 1223 dəfə oxundu.