Ağcabədidə rayon birinciliyi keçirilib
3-7 may tarixlərində Ağcabədi rayon Gənclər və İdmanidarəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Şəhər 11 saylı tam orta məktəbin mini futbol meydançasında 110 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi olub.

Sonda birinciyə Ağcabədi Pedeqoji Kolleci, ikinciyə Ağcabədi Polis şöbəsi, üçüncü yerə Rabitə bank Ağcabədi rayon filialı layiq görülüb.

Xəbər 889 dəfə oxundu.