Ağcabədidə futbol üzrə rayon birinciliyi keçirilib
20 aprel 7 may tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblər arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Ağcabədi Rayon Mərkəzi Stadionunda 336 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi olub.

Sonda birinciyə N.Abdullayev adına 2, ikinciyə, üçüncü yerə şəhər 11 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 808 dəfə oxundu.