Voleybolçumuzdan yenə müjdə
Rusiya Super Liqasında bürünc mükafat uğrunda mübarizə aparan "Omiçka" və "Uraloçka" cütünün artıq 2 oyunu arxada qalıb. Hər iki qarşılaşmada 3:1 hesabıyla üstün olan Omsk təmsilçisinin şərəfini qoruyan millimizin üzvü Natalya Məmmədovanın son görüşdə topladığı xallar bəlli olub. Bu dəfə hücumçumuz Sverdlovks əyalətinin komandasını 29 dəfə məyus etməklə yenə oyunun ən yaxşısı seçilib.

Qeyd edək ki, tərəflərin növbəti 3-cü və həlledici qarşılaşması mayın 11-də Nijni Tagildə baş tutacaq.

Xəbər 723 dəfə oxundu.