Tallinndə “Neftçi” ikinci olub
Estoniyada yaşayan milli azlıqların yığma komandaları arasında futbol üzrə Tallinn mərkəzi stadionunda yarış keçirilib. Yarışda 10 ən güclü futbol klubu qələbə uğrunda mübarizə aparıb.

Azərbaycan icmasının “Neftçi” komandası yarışda uğurla çıxış edib. Finalda Belarus komandasına uduzan “Neftçi” turnirin qalibləri sırasında ikinci yeri tutub.

“Neftçi” komandasının baş məşqçisi Musa Qurbanov qələbəni ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiklərini deyib.

Yarışdan sonra futbolçuları Estoniya parlamentinin üzvü Eldar Əfəndiyev təbrik etmiş, onlara hədiyyələr təqdim edib.

Xəbər 744 dəfə oxundu.