Goranboyda rayon açıq turniri keçirilib
4-5 may ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönömünə həsr olunmuş JUBOKSINQ CITSU üzrə Goranboy rayon açıq turniri keçirilib.

Goranboy rayonu Səmədabad kəndində 113 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərdə JUBOKSINQ CITSU idman növünə marağın artırılması, istedadlı idmançıların aşkar edilməsi, asudə vaxtın səmərəli təşkili, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Sonda qaliblər Gənclər və İdman İdarəsinin fəxri fərman və medalları ilə mükafatlandırılıblar.

Xəbər 867 dəfə oxundu.