Binəqədidə rayon birinciliyi
Mayın 7-də Binəqədi rayon Gənclər və İdman İdarəsi dəstəyi ilə ahıl vətəndaşlar və müharibə veteranları arasında nərd, dama və şahmat üzrə rayon birinciliyi keçirilib.

Ramiz Aboyev adına parkda 62 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ahıl vətəndaşlar və müharibə veteranlarının asudə vaxtının səmərəli təşkili, 9 may qələbə gününün rayonda qeyd edilməsi olub.

Sonda nərd üzrə birinciyə Əli İsmayılov, ikinciyə Hacı Hacıyev, üçüncüyə Zaman Allahverdiyev; şahmat üzrə birinciyə Səyyad Əliyev, ikinciyə İmamverdi Şəbəndiyev, üçüncüyə Oruc Qurbanov; dama üzrə birinciyə Nadir Aslanov, ikinciyə Teyyub Həsənov, üçüncü yerə Elman Xəlilov layiq görülüblər.

Xəbər 991 dəfə oxundu.