Futbolçu hakimi meydanda öldürdü
Solt Leyk Sitidən olan hakim Rikardo Portilyoya yerli həvəskar yeniyetmələr liqasının oyununu idarə etmək həyatı bahasına başa gəlib. İdman.com.az saytı xəbər verir ki, referi adı çəkilməyən 17 yaşlı futbolçuya sarı vərəqə göstərərkən sifətindən zərbə alıb.

İlk öncə Portilyonun ciddi zədə alması görünməsə də, sonradan o, başgicəllənməsi hiss edib və qan qusub. Hakim ağır vəziyyətdə beyin şişi ilə xəstəxanaya çatdırılıb. Təəssüf ki, həkimlər hakimin həyatını xilas edə bilməyiblər. İndi futbolçu ölumlə nəticələnmiş həmlədə ittiham olunur.

Xəbər 939 dəfə oxundu.