Fanatlar «Fernandesi satmayın» deyir
«Beşikdaş»ın problemli ulduzu Manuel Fernandesin mövsüm sonunda yaxşı bir məbləğ qarşılığında satılması planlaşdırılır. Ancaq klubun azarkeşləri portuqaliyalı ulduzun komandada qalmasını istəyirlər. Baş məşqçi Səməd Aybaba ilə yaşadığı problemlər səbəbindən son dövrdə bədbəxt olduğunu jest və mimikalarıyla bildirən Manuel Fernandes üçün rəhbərlik gələcək olan təklifləri gözləyir.

İdman.com.az saytı xəbər verir ki, portuqaliyalı ulduz üçün 12 milyon avroya yaxın bir qiymət təyin edən «qara qartallar» mübadilə təkliflərinə qapını bağlayıblar. Digər yandan, «Beşikdaş» rəhbərliyi, Manuel Fernandesin Miroslav Stoxla mübadilə olacağı istiqamətindəki xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib. Alıcısını tapması halında Fernandesi əldən çıxardacaq olan «Beşiktaş» rəhbərliyinin bu mövzudakı ən böyük əngəli isə fanatlardı.

«Ağ-qara»lı azarkeşləri bir arada birləşdirən karakartal.com-da aparılan sorğuda istifadəçilərə «Sizcə, Fernandes satılmalıdımı?» sualı verilib. Hələ də davam etməkdə olan sorğuya qatılmış 33 min 310 nəfərin 27 min 340 nəfəri (82,1 faiz) satılmağa qarşı çıxıb, 5 min 970 istifadəçi isə (17,9 faiz) portuqaliyalı futbolçunun satılmasına müsbət münasibət bildirib.

Xəbər 837 dəfə oxundu.